Gürcüstana İrandan qaz kəməri iki marşrutla çəkilə bilər. Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər.
"Hələlik bununla bağlı bizim İranla birbaşa danışıqlarımız yoxdur", - deyə K. Kaladze qeyd edib.