Rusiya prezidenti Vladimir Putin SSRİ-ni qurucusu Vladimir İliç Lenini sərt tənqid edib.
Baxi-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Leninin ölümünün 92-ci ildönümü ilə bağlı Rusiya Elm və Təhsil Şurasında keçirilən yığıncağa qatılan Putin ondan əvvəl danışan və Leninin düşüncə axınının idarəçisi olduğunu deyərən Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuka etiraz edərək, Leninin müdafiə etdiyi düşüncənin SSRİ-nin dağılmasına yol açdığını bildirib.