Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının tədarükünü müvəqqəti dayandırıb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb dabaq xəstəliyi ilə bağlı epizootik vəziyyətin qeyri-sabit olması və bu xəstəliyin Rusiyaya keçmə riskidir.
Dabağa həssas olan heyvanların, o cümlədən donuz, öküz, camış, qoyun və dağ keçiləri, bu heyvanlardan alınmış ət və genetik materialların Rusiyaya gətirilməsinə müvəqqəti qadağa qoyulub.