Böyük Britaniya hökuməti Aleksandr Litvinenkonun öldürülməsi ilə əlaqədar hakim Robert Ouenin açıqlamalarından sonra Rusiyaya qarşı hansı yeni addımlar atıla biləcəyi məsələsini nəzərdən keçirir. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Britaniya baş nazirinin ofisindən bildiriblər.
Baş nazir David Kemeronun mətbuat katibi deyib ki, hökumət hansı yeni tədbirləri görmək məsələsi üzərində düşünür. O, Litvinenkonun ölümü ilə əlaqədar təhqiqatın nəticələrini çox ciddi adlandırıb: "Qətlin Rusiya hakimiyyətinin ən yüksək səviyyəsində sanksiyalaşdırıldığı barədə gəlinən nəticə çox qorxuludur. Dövlətlər, üstəlik, BMT Təhlükəsizlik Şurasının üzvləri özlərini belə aparmamalıdır. Təəssüf ki, təhqiqatın nəticələri bizim və əvvəlki hökumətlərin əmin olduğu məsələni təsdiqləyir”.