Rusiya Xarici İşlər Nazirliyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) sabiq zabiti Aleksandr Litvinenkonun ölümü ilə bağlı Böyük Britaniyada aparılan istintaqın nəticəsini siyasi cəhətdən qeyri-obyektiv və qeyri-şəffaf olduğunu açıqlayıb.
APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Təəssüf ki, cinayət işi tamamilə siyasiləşdirilib və ikitərəfli münasibətlərə kölgə salıb. Aydındır ki, "ictimai dinləmə”lərin başlaması barədə qərar konkret siyasi motivdən xəbər verir”, - deyə o, söyləyib.
M. Zaxarova deyib ki, Litvinenkonun ölüm şəraitinin araşdırılması ilə bağlı istintaq "məxfilik” bəhanəsi ilə qapalı keçirilib, nə ictimaiyyət, nə də Rusiya tərəfi üçün şəffaf olmayıb.