Ukrayna prezidenti Petro Poroşenko keşmiş baş nazir Yuliya Timoşenkonu həbs cəzasına məhkum edən hakim Rodion Krieevi işdən azad edib.
Poroşenkonun ofisindən verilən məlumata görə, Krieev bununla hakimlər andını pozub.
Ukrayna Ali Ədliyyə Şurasının gəldiyi nəticəyə görə, hakim işə baxıldığı dövrdə Timoşenkonu əsassız həbsə atıb. Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, hakim bu hərəkətlə onun azadlıq hüququnu pozub və bu Avropa İnsan Hüquqları Məhkəməsinin Ukraynaya qarşı qərar qəbul etməsi ilə nəticələnib. Bu qərar dövlətin və məhkəmə hakimiyyətinin imicinə ziyan vurub.