Rusiyalı jurnalist Dmitri Şipilov Ukraynadan siyasi sığınacaq alıb. O Sibirin Kemerovo vilayətindəndir.
Şipilov yanvarın 19-da internetdə Ukrayna miqrasiya idarəsindən verilən sənədin fotosunu yerləşdirib. O 2014-cü ilin fevralında Ukraynaya gələrək siyasi sığınacaq istəyib.
Jurnalist bundan əvvəl- 2012-ci ildə Kemerovo vilayətinin qubernatoru Aman Tulayevi təhqiq etmə maddəsi ilə 11 ay ictimai işə cəlb edilib. Amma o bundan imtina etdiyinə görə, 2014-cü ildə həbs edilib və 3 ay həbsdə yatıb.