Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev Rusiya ilə İran arasında viza rejiminin ləğvi ilə bağlı təklif irəli sürüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, N. Leviçev bildirib ki, viza rejiminin ləğvi Rusiya ilə İran arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qalxmasına təkan verəcək.