Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəblərdən birinə top mərmisi düşüb. APA-nın "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 09.30-da baş verib. Suriya istiqamətindən atılan mərminin partlaması nəticəsində məktəbdə ölən və yarananlar var. İlkin məlumatlara əsasən 2 nəfər ölüb.