Ukraynanın baş naziri Arseniy Yatsenyuk İqtisadi İnkişaf və Ticarət Nazirliyinə Rusiyadan gətirilən qadağan edilmiş məhsulların siyahısının genişləndirilməsini göstəriş verib. Bunu baş nazir yanvarın 13-də hökumətin iclasında deyib.
O bu tədbirlərin Rusiyanın iqtisadi təcavüzündən müdafiə olunmaq üçün görüldüyünü bildirib.
Bu il yanvarın 1-dən Rusiya Ukraynaya qarşı ərzaq embarqosu qoyub. Kiyev isə buna müvafiq cavab veriləcəyini bildirib.
Həmçinin Moskva yanvarın 1-dən Rusiya ilə Ukrayna arasındakı azad ticarət zonasını dayandırıb. Bunun əvəzində yanvarın 1-dən Ukrayna ilə Avropa irliyi arasında imzalanmış azad ticarət müqaviləsi qüvvəyə minib.