Türkmənistan bankları yanvarın 12-də valyuta satışını dayandırıb. Paytaxt bankları müştərilərə ABŞ dolları və digər aparıcı valyutaların satışının qeyri-müəyyən vaxtadək dayandırıldığını bildiriblər.
Əsas qaz istehsalçılarından olan Türkmənistanda milli valyuta təxminən 19 faiz devalvasiya olub.
Devalvasiya barədə şayiələr ölkədə xarici valyutalara tələbatı artırıb.
Associated–Press agentliyinin məlumatına görə, yanvarın 12-də qara bazarda 1 dollar 4 və 4,20 manat olub.