Rusiya Suriya prezidenti Bəşər Əsədə sığınacaq verə bilər. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin "Bild” jurnalına müsahibəsində bunun mümkünlüyündən danışıb.
"Məsələ ilə bağlı müzakirələrin aparılması hələ tezdir. Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Bu, Əsədi sığınacaqla təmin etməkdən daha çətin idi”.