"Cənub axını" qaz kəmərinin tikintisi bərpa oluna bilər. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "RİA Novosti" Bolqarıstanın "Standard" qəzetinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, Bolqarıstanın baş naziri Boyko Borisova belə "siqnal" Rusiyadan gəlib.
"Cənub axını" qaz kəmərinin tikintisi iki səbəbdən bərpa oluna bilər. Bunlar Rusiya və Türkiyə münasibətlərinin qəflətən pisləşməsi və Çin iqtisadiyyatındakı durğunluqdur. Sonuncu amil "Sibirin gücü" qaz kəmərinin tikintisinə mane olur. Cənub yolu ilə Avropaya təbii qazın çatdırılması ilə layihənin bərpa olunması Avropa İttifaqının tələblərinə cavab verəcək", - deyə nəşr yazır.
Qəzet "Cənub axını" layihəsinin yanvarın sonunda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Rusiya-Bolqarıstan iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunacağını da yazıb.