Türkiyənin İstanbul şəhərinin Bakırköy rayon Cümhuriyyət Prokurorluğu məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) haqqında təhqiqata başlayıb. APA-nın "Cumhuriyet” qəzetinin saytına istinadən verdiyi məlumata görə, bu barədə prokurorluğun rəsmi açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, "Kanal D” televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən "Beyaz Show” proqramında terror təşkilatının təbliğatının aparıldığı iddiası ilə əlaqədar təhqiqata başlanıb: "Proqramın videoyazısı araşdırılır. Proqrama məsul olan şəxs, aparıcı və canlı yayına çıxan şəxs də aparılan araşdırmaya daxildir”.