Almaniya kansleri Angela Merkel Davos Ümumdünya iqtisadi forumuna səfərini təxirə salmaqla bağlı qərar qəbul edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Financial Times” yazır.
Merkelin bu qərarı ölkəyə qaçqın axını ilə bağlı burada gərginliyin artması göstərilir. Almaniyanın ədliyyə naziri Hayko Maasin sözlərinə görə, Köln, Ştutqart, Hamburq kimi şəhərlərdə qadınlara edilən hücumlar ölkədə "mütəşəkkil cinayətkarlığın tamamilə yeni səviyyəsindən” xəbər verir. Nazir bildirib ki, Yaxın Şərqdən və Şimali Afrikadan gələn yüzlərlə miqrantın hücumu öncədən hazırlanmış aksiya ola bilər.
Daha öncə verilən xəbərə görə, Merkelin partiyası Kölndəki hadisələrdən sonra qaçqınlarla bağlı qaydaları sərtləşdirməyə hazırlaşır.