Almaniya polisi bəyan edib ki, yeni il axşamı Kölndə qadınlara hücum etməkdə şübhəli bilinən 32 nəfərdən 18-i ölkədən sığınacaq istəyənlərdir. Daxili işlər nazirliyinin mətbuat xidməti yanvarın 8-də şübhəlilərin saxlandığını bildirib.
Nazirliyin sözçüsü Tobias Pleyt (Tobias Plate) jurnalistlərə bildirib ki, polis ümumilikdə bu işdə şübhəli bilinən 32 nəfərin adlarını müəyyənləşdirib.
Onlardan 3-ü seksual zəmndə hücumlarda ittiham olunur, amma polis ad çəkməyib.