Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman əl Səud Tehranla yaşanan son hadisələrə görə İranla birbaşa müharibə gözləmədiklərini bildirib.
"Müharibə qətiliklə gözləmədiyimiz bir şeydir və ölkələri bu istiqamətə itələyənlər, kim olursa-olsun ağlını qaçırmış olmalıdır. Səudiyyə Ərəbistanı və İran arasında müharibə, bölgədə böyük fəlakətin başlanğıcı olar və bütün dünyaya yayılar. Qətiliklə buna icazə vermərik" – deyə müdafiə naziri "Economist”ə açıqlamasında bildirib.