Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyadan xaric edilmək üçün Nizam-İntizam Qurumuna təqdim edilən 4 partiya üzvünün adını açıqlayıb.
APA-nın "Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında Ədalət və İnkişaf Partiyasının qurucu üzvlərindən sabiq xarici işlər naziri Yaşar Yakışın da olduğu siyahıda Adana Ceyhan Bələdiyyə sədri Ələmdar Öztürk, Ankara Ayaş Bələdiyyə sədri Bulent Taşan, Kahramanmaraş Əlbistan Bələdiyyə sədri Durmuş Kiçiyin adları var.
Ömər Çeliyin sözlərinə görə, Yaşar Yakış qeyri-qanuni yayımlanan mətbuat orqanlarına reallıqdan kənar, böhtan təhqir, alçaltma kimi açıqlamalar və bəyanatlar verərək partiya əleyhinə fəaliyyət aparıb.