Ukrayna prezidenti Petro Poroşenkonun Twitter hesabından "The Economist” jurnalının "2016-da Dünya" başlıqlı üz qabığının fotoşopla dəyişdirilmiş versiyasının yayımlanması sosial mediada müzakirələrə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, üz qabığınında 2016 yerinə 2017-ci il yazılmaqla yanaşı, jurnalın orijinalında yer alan Rusiya prezidenti Vladimir Putinin fotosunun yerinə Poroşenkonun fotosu qoyulub. Ruslar isə bundan sonra sosial mediada Poroşenkonu ələ salmağa başlayıblar.
Ukrayna Prezidentinin ofisi fotoşoplu üz qabığının yumor məqsədilə yayımlandığını, bununla verilmək istənən mesajın isə "2017-də Rusiya yerinə Ukraynanın danışılması" olduğunu bildirib.