Yanvarın 10-da Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı-İran münasibətlərindəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ərəb Ölkələri Liqasının baş katibinin müavini Əhməd Ben Helli bəyan edib.
"Liqanın xarici işlər nazirlərinin Şurası rəsmi Ər-Riyadın müraciətinə əsasən növbədənkənar fövqəladə iclas çağırıb. Görüşdə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun hücuma məruz qalması, həmçinin İranın ərəb ölkələrinin daxili işlərinə qarışması pislənəcək”, deyə Əhməd Ben Helli bildirib.