Rusiyanın "Qazprom” şirkəti 2016-cı ilin yanvarından Türkmənistan qaz alınmasını dayandırır. "Turkmenqaz” şirkəti bu barədə rəsmi saytında məlumat yayıb.
Rusiya tərəfi bunun səbəbini beynəlxalq qaz bazarındakı vəziyyət, habelə ayrı-ayrıiqtisadi və maliyyə məsələləri ilə izah edir.
"Qazprom” son illərdə Türkmənistandan illik 11 milyard kubmetr qaz alırdı.
Türkmənistanın neft və qaz nazirliyi iyulda bildirmişdi ki, Rusiya 2015-ci ildə qlobal iqtisadi böhran və sanksiyalara görə, qazpulunu ödəməyib.
Türkmənistan Rusiyadan sonra keçmiş sovetlər məkanında ikinci böyük qaz ixracçısıdır.