Ərəb Baharının kreslosundan və canından etdiyi Liviyanın keçmiş dövlət başçısı Müəmmar Qəddafinin varisi, ikinci oğlu Seyfülislamı Rusiya prezidenti Vladimir Putinin qızlarından biri ilə evləndirmək istədiyi ortaya çıxıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Qəddafinin məsləhətçilərindən olan Məhəmməd Abdülmuttalib El Huni Qəddafinin Rusiya ilə bu "siyasi evlilik" üzərindən əlaqələrini inkişaf etdirməyə çalışdığını bildirib.
"El Arabiya”ya açıqlama verən Qəddafinin keçmiş məsləhətçisi Liviya liderinin bu fikrini Putinlə də bölüşdüyünü deyib: "Qəddafi bu mövzu haqqında Putinlə danışdı, amma Rusiya dövlət başçısı bu təklifə təəccübləndi və qızının Seyfülislamı tanımadığını söylədi".
Qəddafi 2011-ci ildə bölgəni bürümüş Ərəb Baharı dalğasında kreslosunu itirdi, sonra isə elə Liviyada tutularaq öldürüldü. Oğlu Seyfülislam isə Qəddafi öldürüldükdən sonra müxaliflər tərəfindən Liviyanın cənubundakı Sebha bölgəsindəki Zintanda tutulub. 2015-ci ilin ayında da Trablusda bir məhkəmə Seyfülislama qiyabi edam cəzası vermişdi.