Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.
APA-nın "Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.
Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.
Ancaq Roqozinin köməkçisi onun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib. Nikita Anisimov bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Baş nazirin müavini hazırda işdədir və bu gün "Şərq” kosmodromu ilə bağlı iclas da keçirib. O həqiqətən bir neçə gün əvvəl həndbol oynayarkən yüngül zədə alıb və bir neçə gün xəstəxanada müalicə alıb. Lakin bunun bu gün yayılan xəbərlə bağlı heç bir bağlılığı yoxdur”.