"Türkiyədən qadağan olunmuş məhsulların Rusiyaya daxil olması Azərbaycan vasitəsilə baş verə bilər”.
APA-nın məlumatına görə, bu sözləri Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç "Rossiya 24” kanalına müsahibəsində deyib. O, sərhəddə vəziyyətə nəzarət olunacağını söyləyib: "Ehtimal var ki, Türkiyədə istehsal olunmuş ərzaq məhsullarını Azərbaycan vasitəsilə Rusiyaya çatdırmağa cəhd edəcəklər. Biz bunu izləyəcək, vəziyyətə nəzarət edəcək və qanunun pozulması ilə mübarizə aparmaqda davam edəcəyik”.