Ukrayna Ali Radası hökumətə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə icazə verib. APA-nın məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk Ali Radanın iclasında bildirib.
Sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
A. Yasenyuk parlamentə "Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanun”a dəyişikliklərin edilməsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir.
Qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə verilməsini nəzərdə tutur.