Suriya prezidenti Bəşər Əsədin dekabr ayının sonunda İrana səfər edəcəyi iddia edilir. İddialara görə Əsədin təyyarəsini dörd Rusiya döyüş təyyarəsi müşayiət edəcək.
Baki-xeber.com xəbər verir ki, Livan "El Diyar” qəzetinin xəbərinə görə, Əsədin təyyarəsi İraq hava sahəsində dörd Rusiya qırıcısı tərəfindən qorunacaq.
İddiaya görə, rus qırıcılarına yaxınlaşan kənar təyyarələrə atəş açmaq səlahiyyəti də veriləcək.
Qəzet planlaşdırılan uçuşla bağlı ABŞ liderliyindəki koalisiya qərargahının da məlumatlandırıldığını bildirir.
Əsəd Tehran ziyarətilə son dörd il ərzində ikinci dəfə xarici səfərə çıxmış olacaq. Suriya lideri oktyabr ayında Moskvaya gedərək Vladimir Putinlə görüşmüşdü.