Rusiya Daxili İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) maskalı əməkdaşları Türkiyənin "Qaranti” Bankının Moskvadakı şöbəsində axtarış aparıb.
Baki-xeber.com xəbər verir ki, dekabrın 17-də keçirilən əməliyyatda İş Bankı, Credit Europe, Yapı Kredinin şöbələrinə də basqın edildiyi bildirilir. Rusiya mətbuatında yer alan xəbərlərə görə, banklarda "çirkli pul yumaq” ittihamı ilə axtarışlar aparılıb.
"Qaranti” Bankına isə üzü maskalı silahlı təhlükəsizlik işçiləri basqın edib.