Rusiya prezidenti Vladimir Putin ənənəvi illik brifinqdə iki qızı ilə əlaqədar suallara da cavab verib.
Baki-xeber.com xəbər verir ki, Rusiya lideri 30 yaşındakı Maria və 29 yaşındakı Yekaterina haqqında, adlarını açıqlamadan bəzi məlumatlar açıqlayıb. Putin bildirib ki, qızları siyasət ya da ticarətlə məşğul olmur: "İki qızım da Rusiyada yaşayır, xaricdə təhsil almayıblar. Sadə insanlar kimi öz həyatlarını yaşayırlar və bunu böyük bir qürur içində edirlər. Üç dildə təmiz danışırlar və işlər görürlər. Qızlarımla fəxr edirəm".
Putin ailəsi haqda danışmağı sevmədiyini təkrarlayıb və bu haqda çox danışmayıb.