"Hesab edirəm ki, Odessada yaxşı işlər görürəm. Söz verirəm ki, korrupsiyaya qurşanmış hökumət üzvlərinin məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəm”, deyə M.Saakaşvili vurğulayıb.
Xatırladaq ki, dekabrın 14-də Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və baş nazir Arseni Yatsenyuk arasında qalmaqal baş verib. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndiriblər.