Dünən Qaradənizdə yaşandığı iddia edilən Rusiya Federal Təhlükəsizlik Xidmətinin keşikçi kateri ilə Türkiyə ticarət gəmisi arasındakı gərginliyin pərdə arxasında diqqətçəkən bir hadisə yaşanıb.
Baki-xeber.com xəbər verir ki, hadisə baş verən vaxt Rusiya Ukraynanın varlığı sayılan iki neft qazma platformasını öz sularına çəkib aparıb.
"Kommersant” qəzeti yazır ki, Rusiyanın 2014-ci ildə Krımı Ukraynadan qoparmasının ardından "Çernomorneftegaz" neft şirkətinə də əl qoymuşdu. Ancaq sözügedən şirkət Ukraynadakı "Naftagaz" şirkətinə tabedir.
Ukrayna rəhbərliyi bununla bağlı iddia qaldıracağını bildirir. Krım mərkəzli "Çernomorneftegaz” şirkətinin iki neft axtarış platforması Ukraynanın Odessa şəhəri sahillərində beynəlxalq sularda neft axtarışları apardığı üçün asanlıqla bloka edilə bilərdi. Məhz buna görə Rusiya iki platformanı söküb öz sularına aparmaq üçün əməliyyat keçirib.
Məlumata görə, Türkiyə gəmisi isə təsadüfən bu "mal qaçırma əməliyyatının" "şahidinə” çevrilib.