Bildirilir ki, müvafiq qərar 82 yaşlı ifaçının əldə etdiyi qonorarın məbləğini İspaniya vergi orqanlarından gizlətdiyi üçün verilib.
Barselona prokurorluğu M. Kabalyeni 2014-cü ilin aprelində 500 min avroyadək verginin ödənilməsindən yayınmaqda şübhəli bilib. İstintaqın gedişində bəlli olub ki, müğənni Barselonada yaşamasına baxmayaraq, xarici səfərlər üçün sənədlərini Andorra şirkətləri vasitəsilə hazırlayıb. 2014-cü ilin dekabrında isə müğənni həbsdən yayınmaq məqsədilə prokurorluqla sövdələşməyə nail olub.
Barselonada keçirilən məhkəmədə M. Kabalyeyə 225 min avro məbləğində cərimə kəsilib. Bununla yanaşı, o 6 ay ərzində ölkə büdcəsindən güzəşt və subsidiyalar ala bilməyəcək. İfaçı səhhətinin pis olması ilə əlaqədar məhkəmə iclasında iştirak etməyib. Məhkəmə iclasına video bağlantı vasitəsilə qoşulan müğənni günahını etiraf edib.