Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə dəhşətli yanğın baş verib. Məlumata görə, yanğın zamanı 23 nəfər ölüb.
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.