Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərartası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.