Dünyanın ən məşhur narkotik baronu olan "Bücür” ləqəbli meksikalı Joaquin Quzman İŞİD-ə savaş açıb.
Baki-xeber.com xəbər verir ki, sonuncu dəfə Meksikada saxlandığı təhlükəsizliyi yüksək səviyyədə qorunan həbsxanadan qaçışı ilə gündəmə gələn Quzman, lideri olduğu Sinaloa kartelinin narkotik daşınmasına mane olan İŞİD-i təhdid edib. Guzman İŞİD-ə xitabən "əməliyyatlarımızı pozmağa davam etsəniz adamlarımın sizi cəzalandırmasından özünüzü qoruya bilməyəcəksiniz" deyib.
Uzun illər "Forbes” jurnalı tərəfindən ”Dünyanın ən güclü 1000 adamı” siyahısında özünə alan Quzman, dünyanın ən mərhəmətsiz narkotik tacirlərinin çıxdığı Meksikanın ən çox axtarışda olanlar siyahısında da uzun müddətdir birinci sırada yer alır.
Bir neçə dəfə həbsxanadan qaçaraq "həbsdə saxlanmayan adam” adını alan Quzman, yerli xalqa yardımlarına görə də Meksikada xalqın bir hissəsini tərəfindən sevilən bir fiqurdur.