Ukraynanın qərbindəki Rivne şəhərində korrupsioner bir məmur qəzəbli kütlə tərəfində zibil qutusuna atılıb.
Baki-xeber.com xəbər verir ki, radikal sağcılardan ibarət qrup şəhər ətrafındakı meşəlik ərazini ələ keçirməkdə günahlandırdıqları Şəhər Məclisinin keçmiş üzvü Nikolay Şerşunun ofisinə hücum ediblər. Şerşunu təpik zərbələri ilə küçıyı çıxaran izdiham onu bir müddət şəhər küçələrində gəzdirib, sonar isə bir zibil qutusuna atıblar. əsəblərinə hakim ola bilməyən daha sonar zibil qutusunu təpikləməyə başlayıb.
Hadisə yerinə gələn polisin köməyi ilə zibildən çıxarılan siyasətçi xəstəxanaya qaldırılıb.