Həmin şəxslərdən 43 nəfərinin Türkiyə xaricində olduğu müəyyənləşib. Haqqında həbs qərarı verənlərin arasında jurnalist Əkrəm Dumanlı, iş adamı Akın İpək, Fatih Universitetinin rektoru Şərif Ali Tekalan da var.
Tutulanlardan 2 nəfərin Ankarada yaxalandığı bildirilir.
İzmirdə keçirilən əməliyyatla Ədalət və İnkişaf Partiyasının sabiq millət vəkili İlhan İşbilən də tutulub. Fətulla Gülənə yaxınlığı ilə tanınan İ. İşbilən əmniyyət müdirliyinə aparılıb.