APA-nın "timeturk.com” saytına istinadən verdiyi xəbərə görə, layihə ABŞ-ın İrəvandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində dekabrın14-də İrəvanda, 22-də isə İstanbulda konsert proqramları təşkil olunacaq.
Konsert proqramı ilə yanaşı, Andre Simonyanın müəllifi olduğu musiqi klassik türk musiqi alətlərinin müşayiətilə yeni oranjmanda təqdim ediləcək. Bununla yanaşı, A. Simonyanın rejissorluğu ilə sənədli film çəkiləcək.
Türkiyədən olan istanbullu erməni Sibel Pektorosoğlu da konsertlərdə çıxış edəcək.