Türkiyə İraqın Naynava vilayətindən tank batalyonunu çıxarmadığına görə, rəsmi Bağdad Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. Trend-in məlumatına görə, bu barədə "Haber7" qəzeti diplomatik mənbələrə istinadən xəbər verir.
İqtisadi sanksiyalar çərçivəsində İraq şirkətlərinə türk firmaları ilə hər hansı müqavilələr imzalamaq qadağan edilə bilər.