Ukraynada Krıma səfər etdiklərinə görə, bir sıra avropalı siyasətçilərinə qarşı cinayət işi açılıb. Bu barədə dekabrın 8-də Ukraynanın xarici işlər naziri Pavel Klimkin ilin yekunları ilə bağlı iclasda məlumat verib.
Fransadan olan bir qrup deputat iyulun 23-24-də Krımada səfərdə olub və bu səfər Ukrayna ilə razılaşdırılmayıb. Həmçinin Fransanın Xarici İşlər Nazirliyi bu səfərə qarşı çıxıb.
Ukrayna hökuməti onları arzuolunmaz şəxslər elan edib.
Həmçinin Ukrayna İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sentyabrda Krıma səfərini pisləyib və bundan sonra onun Ukraynaya gəlişinə qadağa qoyulub.
Həmçinin Berluskoniyə qarşı cinayət işi açılıb.
Bundan başqa Serbiyanın nümayəndə heyəti oktyabrda Krımda olub.