C. Bayden qeyd edib ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinin heç bir bəraəti yoxdur və ola da bilməz: "Rusiya sərhəddən öz qoşunlarını, öz quldurlarını, tanklarını, raketlərini göndərməyə davam edir və Donbası bunlarla doldurub. Separatçıları Moskva hazırlayıb və idarə edir”.
Vitse-prezidenti Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi üçün Moskvaya təzyiqləri davam etdirəcəklərini vurğulayıb: "Bütün dünya sizi izləyir, Rusiyanın amansız, rəhmsiz aqressiyası ilə mübarizədə sizin uğurunuza ümid edir”.
C. Bayden Ukraynada korrupsiya ilə mübarizənin də önəminə diqqət çəkib.