Keçmiş YUKOS rəhbərinin mətbuat katibi Kyulle Pispanen bildirib ki, Mixail Xodorkovskinin ünvanı istintaqçılara məlumdur: "Bu ünvan "Açıq Rusiya” saytında da yerləşdirilib”.
Xatırladaq ki, bu ilin avqustunda M. Xodorkovskinin atası 1998-ci ildə qətlə yetirilmiş V. Petuxovun ölümü ilə bağlı cinayət işinin yenidən açılması səbəbi ilə iki saat sorğuya çəkilib. O zaman istintaq qrupu bu və digər ağır cinayətlərin sifarişçisinin YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskinin ola biləcəyi barədə bəyanat verib.