Ş. Cavdatın sözlərinə görə, sözügedən avtomobillər İraq Kürdüstanından Türkiyənin Ceyhan terminalına doğru hərəkət edir. "Bu, sirr deyil”, - deyə o vurğulayıb.
Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətləri İraq Kürdüstanında fəaliyyət göstərdiyini xatırladıb: "Ümid edirik, Rusiya Türkiyənin İŞİD-lə neft sövdələşməsinə dair məlumatları dəqiqləşdirməyə çalışacaq”.
Qeyd edək ki, dekabrın 2-də Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyəyə neft daşındığını təsdiqləyən faktlara malik olduqlarını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ittihamları rədd edərək heç kimin Türkiyəyə iftira atmağa haqqı olmadığını bəyan edib.