Müxalif çeçenlər Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyəni təhdid edən açıqlamalar verən Çeçenistan prezidenti Ramzan Kadirova sərt cavab verib.
Baki-xeber.com xəbər verir ki, hər zaman Türkiyənin yanında olduqlarını ifadə edən Çeçen İçkeriya Respublikası Cəbhəsi tərəfindən yayılan açıqlamada bildirilir ki, "çeçen mücahidlər Ərdoğandan əmr gözləyir".
Kadırovun təhdidlərinə gəldikdə isə, müxaliflər onun bu açıqlamalarla Putinin gözünə girmək istədiyini deyirlər.
Bəyanatda bildirilir ki, çeçen xalqı hər zaman müsəlmanların yanında yer alıb.