Qeyd edək ki, bu gün Rusiyanın "SU 24” qırıcı təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyəyə məxsus F-16 tərəfindən havada vurulduğunu bəyan edib və təyyarənin Suriya ərazisində, Türkiyə sərhədindən 4 kilometr aralıda düşdüyünü bildirib.
Rusiya Müdafiə Nazirliyinin bəyanat yayıb. Bəyanatda bildirilir ki, məlumatların təhlili Türkiyənin F-16 qırıcısı tərəfindən vurulan Rusiyanın Su-24 qırıcı təyyarəsinin birmənalı olaraq Türkiyənin hava məkanını pozmadığını göstərir.
"Rusiyanın Su-24 hərbi təyyarəsi "Hmeymim” aviabazasına qayıdarkən Suriya ərazisində Türkiyə F-16 qırıcısı tərəfindən vurulub", - deyə bəyanatda qeyd olunub.