Dünya bilməlidir ki, Türkiyə sərhədlərini qorumağı bacarır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiya hərbi təyyarəsinin vurulmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, dəfələrlə bəyan edilmişdi ki, heç bir ölkənin Türkiyənin hava məkanını pozmaq hüququ yoxdur: "Ölkələr Suriyada böhranı dərinləşdirmək əvəzinə, böhranın həllinə çalışmalıdırlar".
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.