Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev Rusiyanın Türkiyə ilə hava əlaqəsinin kəsməsini təklif edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, N. Leviçev "Rosaviasiya”nın rəhbəri Aleksandr Neradkoya Rusiya təyyarələri üçün terror təhlükəsinin artması ilə əlaqədar Rusiya və Türkiyə arasında hava əlaqəsinin kəsilməsi ilə əlaqədar müraciət ünvanlayıb.
"Türkiyə hava limanlarında terror təhlükəsinə qarşı kompleks tədbirlər görülməyənədək Rusiya və Türkiyə arasında hava əlaqəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirəm", - deyə müraciətdə qeyd olunub.