"İrana "S 300" zenit-raket kompleksləri göndərilməsi reallaşma mərhələsinə qədəm qoyub”. APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.
Bundan əvvəl isə İranın müdafiə naziri Hüseyn Dehqan "S 300" zenit-raket komplekslərinin ilin sonunadək İrana göndəriləcəyini bildirib. Bununla yanaşı o, İran hərbçilərinin zenit-raket komplekslərinin istifadəsi ilə bağlı təlim çərçivəsində hazırda Rusiyada olduqlarını diqqətə çatdırıb.