Ə.Səidi deyib ki, hər bir İran əsgəri Suriyada 100 min könüllü yetişdirir: "Beş ildir ki, düşmənlər və dünyanın hegemon ölkələri Suriyada öz məqsədlərinə çata bilmirlər”.
Ə.Səidi qeyd edib ki, Xamenei ABŞ-ın İrana nüfuz etməsinə görə narahatdır: "Nüvə sazişi ilə bağlı şərtlər irəli sürülüb, Xameneinin qeyd etdiyi şərtlər yerinə yetirilməlidir”.
Ə.Səidinin sözlərinə görə, Amerika indiyədək heç bir sazişi yerinə yetirməyib: "Amerika müttəfiqləri Səudiyyə Ərəbistanı və Türkiyə üçün heç bir müsbət iş görməyib”.