Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir. APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, görüşdə xarici əlaqələr üzrə komissiyanın üzvləri, AŞPA-dakı nümayəndə heyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin müzakirə olunacağı gözlənilir. Bəzi məlumatlara görə, S. Lavrovun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.