"Rusiya prezidenti V.Putinin mövqeyinin möhkəmlənməsi Ukrayna hökumətini narahat edib. Avropa İttifaqı buna biganə yanaşa bilməz. Hətta İŞİD-ə qarşı ümumi mübarizə iqtisadi sanksiyaların aradan qaldırılmasını mümkün etmir”, yazıda qeyd olunur.
Xatırladaq ki, 2014-cü ilin yayından Avropa İttifaqı Rusiya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. İqtisadi sanksiyalar paketi əsasən bank sistemi, müdafiə sənayesi və energetika sahələrini əhatə edir.
"The Wall Street Journal” Vaşinqton və Brüsseldəki mənbələrinə istinadən məlumat yayıb ki, Avropa İttifaqı və ABŞ "İŞİD”lə mübarizədə səylərin birləşdirilməsinə baxmayaraq, Rusiyaya qarşı sanksiyaların vaxtını uzatmaq fikrindədir. Qəzet yazıb ki, Rusiyaya qarşı sanksiyalar məsələsinə Aİ-nin dekabr sammitində baxılacaq. Bu istiqamətdə 3 variant nəzərdən keçirilir: sanksiyaların daha 6 ay uzadılması, 1 il müddətinə uzadılması və yaxud, 4 ay müddətinə uzadaraq Moskvanın Ukrayna məsələsindəki güzəştlərinə dəstək ifadə olunması.
Brüsseldə belə rəy formalaşıb ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar Minsk razılaşmaları tam həyata keçirilənə qədər davam etməlidir. WSJ-in mənbələri qeyd ediblər ki, ABŞ, Britaniya və Almaniya Rusiyanın "İŞİD” məsələsində köməyinin müqabilində Ukraynaya dəstəkdən imtina etmək niyyətində deyillər.